18 C
Baku
Friday, November 22, 2024

Naxçıvanın xarici ticarət dövriyyəsi 15%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikanın xarici ticarət dövriyyəsinin dəyəri 97,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% çoxdur.

Son 1 ildə muxtar respublikadan ixrac olunmuş malların dəyəri 34,7% artaraq 8 milyon ABŞ dolları, bölgəyə idxal olunmuş malların dəyəri isə 12,4% azalaraq 89,7 milyon ABŞ dolları olub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər