15 C
Baku
Tuesday, October 15, 2024

Avropa Parlamenti Kiyevə 35 milyard avro kredit ayrılmasını təsdiqləyib

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi Rusiyanın dondurulmuş suveren aktivlərindən əldə edilən gəlir hesabına Kiyevə 35 milyard avro məbləğində kreditin ayrılması ilə bağlı Avropa Komissiyasının əvvəllər təklif etdiyi mexanizmin lehinə səs verib.

“Təklif səs çoxluğu ilə qəbul edilib”, – xüsusi iclasa sədrlik edən Avropa Parlamentinin almaniyalı deputatı Berd Lan qeyd edib.

Müvafiq komitə tərəfindən razlaşdırıldıqdan sonra Avropa Parlamentinin üzvləri bu təklifi oktyabrın 22-də keçiriləcək plenar iclasda təsdiqləməlidirlər.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməsini Moskvanın cavabsız qoymayacağını bildirmişdi. Onun sözlərinə görə, Moskva da Qərb dövlətlərinin Rusiyada saxladığı vəsaitləri geri qaytarmaya bilər.

Son xəbərlər
Digər xəbərlər