16 C
Baku
Monday, October 28, 2024

“WhatsApp”da videoları 2 dəfəyə qədər sürətləndirmək mümkün olacaq

“WhatsApp” sosial şəbəkəsində vaxtınıza qənaət etməyə kömək edəcək daha bir faydalı funksiya olacaq.

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Portal mütəxəssislərinin fikrincə, “WhatsApp” sürətləndirilmiş rejimdə videolara baxmaq imkanı əlavə edəcək. İstifadəçilər videonun oxudulmasını 1,5 və ya 2 dəfə sürətləndirə biləcəklər.

Yenilik “WhatsApp”ın beta versiyasında iOS cihazları üçün 24.20.78 nömrəsi altında aşkar edilib. Onun bütün sosial şəbəkə istifadəçiləri üçün nə vaxt əlçatan olacağı hələ dəqiqləşməyib.

Son xəbərlər
Digər xəbərlər