17 C
Baku
Tuesday, October 15, 2024

Laçının daha 3 kəndində tikinti işlərinə başlanılacaq

Gələn il Laçın rayonunun infrastrukturunun bərpası istiqamətində səylərimizi davam etdirəcəyik.

Bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İcraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O, bildirib ki, Laçın rayonunda bərpa, tikinti və idarəetmə xidməti tərəfindən layihələndirmə işləri üzrə artıq 3 müqavilə imzalanıb, daha 7 müqavilənin üzərində işlər davam etdirilir:

“Laçının Qorçu qəsəbəsi, Pircahan və Şəlvə kəndlərində tikinti işlərinin başlanması planlaşdırılır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər