16 C
Baku
Tuesday, October 15, 2024

Azərbaycanda yığılan 590 avtomobil anbarlarda qalıb

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-sentyabr aylarında 562,3 milyon manatlıq məhsul istehsal edilib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53,4 faiz artmış, maşın və avadanlıqların istehsalı 40,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52.8 faiz azalıb.

2024-сü ilin yanvar-sentyabr aylarında 3623 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1513 ədəd çox minik avtomobili istehsal olunub. 01.10.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 590 ədəd təşkil edir.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 14.8 faiz azalıb. 01.10.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 11 ədəd təşkil edir.

Son xəbərlər
Digər xəbərlər