Azərbaycanda iki illik dövlət istiqrazlarının da gəlirliliyi yüksəlməkdəri və 2020-ci ilin iyunundan bu tərəfə maksimuma qalxıb.
Banker.az xəbər verir ki, 15 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 728 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərracda orta gəlirlilik 9.47%-ə yüksəlib ki, bu da 2020-ci ilin iyununda qeydə alınmış 9.46%-i də üstələyir.
Qeyd edək ki, son hərrac avqustda keçirilmişdi və müvafiq göstərici 9.27% idi.
Sonuncu dəfə Maliyyə Nazirliyi bununla bağlı şərh verərkən gəlirliliyin yüksəlməsini bazardakı likvidliklə əlaqələndirib.