“Apple” yeni iPad mini planşetini təqdim edib

“Apple” şirkəti süni intellekt xüsusiyyətlərinə malik A17 çipli yeni iPad mini planşetini təqdim edib. Banker.az xəbər verir ki, 2021-ci ildən bu model “mini” xəttinin ilk yeniləməsi olub.

Planşetin 8.3 düymlük ekran, 12 MP-lik arxa kamera və HDR 4 texnologiyasını alıb. Yeni iPad mini modeli oktyabrın 23-də ABŞ-də satışa çıxarılacaq, 128 GB yaddaşa malik planşetin qiyməti ən azı 499 dollar olacaq. Qadcet mavi və bənövşəyi, eləcə də açıq və tünd boz rənglərdə təqdim ediləcək.

iPad mini 2

NASDAQ birjasında AAPL qiymətli kağızları dünən Bakı vaxtı ilə saat 18:05-də 2.67% artaraq tarixi rekorda – 237.49 dollara çatıb. Bakı vaxtı ilə saat 21:00-a qədər artım 1.40%-ə, səhm üçün qiymət isə 234.55 dollara düşüb.

Son xəbərlər
Digər xəbərlər