9 C
Baku
Tuesday, December 24, 2024

Zelenski bu gün Ali Radaya Qələbə Planını təqdim edib – Yenilənib

16:55

Ukrayna Ali Radası Vladimir Zelenskinin Qələbə Planını yekdilliklə dəstəkləyib.

Bunu spiker Ruslan Stefançuk bildirib.

O deyib ki, qərar prezident Vladimir Zelenski ilə iki saata yaxın davam edən müzakirələrin ardından qəbul edilib.

R.Stefançukun sözlərinə görə, sənəddə bir sıra məxfi məqamlar mövcuddur.

***

13:34

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radada Rusiya ilə müharibədə ölkəsinin Qələbə Planını təqdim edib.

Planın 1-ci müddəası ölkənin dərhal NATO üzvlüyünə dəvət edilməsini nəzərdə tutur.

İkinci bənddə isə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib.

Növbəti müddəada isə Ukraynanın ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub.

Planın 4-cü bəndi neftin qiyməti və Rusiya neftinin idxalının məhdudlaşdırılması ilə bağlıdır.

Sənədin sonuncu müddəası müharibədən sonra ölkədə peşəkar hərbçilərdən ibarət ordunun formalaşdırılacağına dair təklifdən ibarətdir.

Zelenski çıxışında bu təklifi Avropanın təhlükəsizliyinə zəmanət adlandırıb.

“Plan dəstəklənsə, biz gələn ildən gec olmayaraq müharibəni bitirə bilərik”, – Zelenski vurğulayıb.

***

11:02

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Ali Radadakı çıxışında Rusiya ilə müharibədə Qələbə Planını təqdim edəcək.

Ölkə lideri planın sadəcə bəzi detallarını açıqlayacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər