20 C
Baku
Wednesday, October 16, 2024

Azərbaycanın daxil olacağı “Business Ready 2025” hesabatının tərtibi üzrə hazırlıqlara başlanılıb

Azərbaycanın da daxil olacağı və növbəti ilin sentyabrında yayımlanacaq “Business Ready 2025” hesabatının tərtibi üzrə hazırlıqlara (respondentlərin müəyyən edilməsi, sorğuların cavablandırılması və s.) artıq başlanılıb.

Bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi, müvafiq işçi qrupların rəhbərləri və səlahiyyətli şəxslərin iştirakı ilə keçirilmiş iclasda bildirilib.

Qeyd edilib ki, Dünya Bankı Qrupu 2024-cü il 3 oktyabr tarixində “Business Ready 2024” hesabatını yayımlayıb. Hesabata əsasən 50 ölkənin biznes mühiti üzrə performans göstəriciləri müxtəlif alt-indikatorlar əsasında 5 kateqoriya (“Top, Second, Third, Fourth, Bottom”) üzrə geniş qiymətləndirilib.

Həmçinin əlavə edilib ki, yeni hesabatın mövzularının spesifik xüsusiyyətlərindən irəli gələrək intensiv şəkildə hədəf qrupları (aparıcı konsaltinq və hüquq şirkətləri, sahibkarlar, ekspertlər və s.) ilə kommunikasiya və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, dövlət xidmətləri, o cümlədən elektron və rəqəmsal xidmətlər barədə sahibkarların və maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması və məlumatlara əlçatanlıq imkanlarının daha da genişləndirilməsi qarşıda duran əsas prioritetlərdəndir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər