16 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda dövlət müəssisələrinin dividend ödənişləri üzrə proqnoz 10%-ə yaxın artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 612,2 milyon manatının və yaxud 1,6%-nin səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,7% çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər