17 C
Baku
Wednesday, October 16, 2024

Macarıstan Avropa avtomobil istehsalçılarının ilk beşliyinə daxil olmağa çalışır

Ötən il Macarıstanda istehsal olunan avtomobillərin sayı yarım milyon ədədi ötüb. Bununla belə, hazırda həyata keçirilən üç böyük layihə ölkəyə bu sahədə daha böyük sıçrayış etməyə imkan verəcək.

Bu sözləri Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto deyib.

Adıçəkilən üç layihə haqqında danışan Siyarto Keçkemetdəki “Mercedes” zavodunun və Debresendə BMW konveyer xəttinin tikintisini, həmçinin Seqeddəki avtomobil sektoruna investisiyaları nəzərdə tutub. Nazir əlavə edib: “Onlar başa çatdıqda, biz böyük bir sıçrayışa nail olacağıq və ildə bir milyon avtomobil istehsal edəcəyik ki, hazırda Avropada yalnız beş ölkə bunu həyata keçirə bilir”.

Siyarto daha sonra deyib: “İqtisadi neytrallıqdan danışanda, biz mücərrəd fəlsəfi konsepsiyanı nəzərdə tutmuruq. Bu, praktiki reallıqdır”.

İqtisadi neytrallıq o deməkdir ki, Macarıstanda alman və Çin şirkətləri bu ölkənin vətəndaşlarını işlə təmin edərək və milli iqtisadiyyatın artımını dəstəkləyərək təhlükəsiz şəraitdə birgə işləyə bilərlər.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər