17 C
Baku
Wednesday, October 16, 2024

Qazaxıstanda banklara xarici kriptobirjalara pul köçürmək qadağan ediləcək

Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi bankları müştərilərin Astana Beynəlxalq Maliyyə Mərkəzinin (ABMM) üzvü olmayan kriptovalyuta birjalarına köçürmələrindən avtomatik imtina etməyə məcbur edəcək.

Qeyd edək ki, hal-hazırda ABMM-də “Bybit” və “Binance”nin Qazaxıstan bölməsi daxil olmaqla, 10 kriptobirja qeydiyyatdan keçib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Əgər bank müştərisi ABMM-də iştirak edən kriptovalyuta birjası ilə 1 min ABŞ dollarından artıq məbləğdə birdəfəlik əməliyyat apararsa, bank onun vəsaitlərinin mənşəyinin gücləndirilmiş yoxlanışını aparmalı və onun digər əməliyyatları izləməyə almalıdır.

Bundan əlavə, tənzimləyici beşdən çox ödəniş kartı olan bank müştərilərinə nəzarəti gücləndirmək niyyətindədir. Bunun üçün ABMM-də qeydiyyatdan keçməyən kriptovalyuta birjalarına ayda 100 min tengeyə qədər olan üçdən çox ödəniş və ya köçürmələrə icazə verilməyəcək.

Son xəbərlər
Digər xəbərlər