16 C
Baku
Friday, October 18, 2024

“Amazon” nüvə enerjisinə $500 mln. sərmayə qoyur

“Amazon Web Services” (AWS, “Amazon”un törəmə şirkəti) nüvə enerjisinə 500 milyon dollardan çox sərmayə qoymağı planlaşdırır. Şirkət “Dominion Energy” ilə müqavilə imzaladığını açıqlayıb. Banker.az xəbər verir ki, söhbət sıfır karbon emissiyalı kiçik modul reaktorların (SMR) hazırlanmasından gedir.

Şirkət süni intellekt vasitəsilə xidmətlərini genişləndirir. Bu da “Amazon”un sıfır karbon emissiyasına aparan yolunun bir hissəsidir. Qeyd edək ki, SMR – nüvə reaktorunun inkişaf etmiş növüdür, hansı ki daha az yer tutur və onu elektrik şəbəkəsinə daha yaxın yerləşdirməyə imkan verir. SMR həmçinin ənənəvi reaktorlarla müqayisədə daha sürətli istehsal olunur və bu da onları daha tez işə salmağa imkan verir.

“Amazon” – məlumat mərkəzlərinin artan tələbatını ödəmək üçün nüvə enerjisinə sərmayə qoyan əsas texnologiya şirkətidir. Qeyd edək ki, ABŞ-dəki məlumat mərkəzlərinin yarıdan çoxu Virciniya ştatında yerləşir. Hesablamalara görə, dünya internet trafikinin 70%-i burada yerləşən “Məlumat mərkəzi xiyabanı”ndan keçir.

Son xəbərlər
Digər xəbərlər