22 C
Baku
Thursday, October 17, 2024

Hindistandan Azərbaycana gələnlərin sayı 2 dəfədən çox artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1983.3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gələnlərin 28,4 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8,1 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan, Çin və Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 faiz olmaqla İsrail və Türkmənistan, 1,1 faizi Oman, 1,0 faizi Belarus, 11,3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan – 2,0 dəfə, Çindən – 1,9 dəfə, İspaniyadan – 1,9 dəfə, Filippindən – 1,6 dəfə, Qırğızıstandan – 1,6 dəfə, Qazaxıstandan – 1,6 dəfə, Pakistandan – 1,5 dəfə, Omandan – 1,5 dəfə, İordaniyadan – 41,3 faiz, İrandan – 38,4 faiz, İtaliyadan – 36,2 faiz, Polşadan – 35,7 faiz, Türkmənistandan – 30,2 faiz, Səudiyyə Ərəbistanından – 28,1 faiz, Yəməndən – 25,3 faiz, ABŞ-dan – 21,8 faiz, Almaniyadan – 21,6 faiz, Özbəkistandan – 20,8 faiz, Misirdən – 20,1 faiz, Rusiya Federasiyasından – 18,4 faiz, Ukraynadan – 18,2 faiz, Türkiyədən – 17,2 faiz, Fransadan – 17,0 faiz, Küveytdən – 16,4 faiz, Moldovadan – 12,3 faiz, Tacikistandan – 11,2 faiz, Gürcüstandan – 10,6 faiz, Böyük Britaniyadan – 10,0 faiz, Bəhreyndən – 10,0 faiz artıb.

2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,2 faiz artaraq 81,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz artaraq 337,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,6 faiz artaraq 748,5 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,0 faizi hava, 22,8 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 18,9 faiz artaraq 1647,1 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 15,2 faiz, Gürcüstana gedənlərin sayı 14,3 faiz, Türkiyəyə gedənlərin sayı 12,2 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 42,1 faizi Türkiyəyə, 20,5 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,5 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər etmişdir.  Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava, 28,0 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər
Digər xəbərlər