Hazırda ölkə üzrə 200 təcili tibbi yardım avtomobili müasir tələblərə cavab vermir.
Bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli brifinqdə deyib.
Müşavir qeyd edib ki, həmin ambulanslar əsasən Rusiya və sovet istehsalıdır: “Zamanla həmin nəqliyyat vasitələri istifadədən çıxarılaraq yeniləri ilə əvəz olunacaq”.