Naxçıvanda fəaliyyət göstərən birləşdiriləcək bələdiyyələrin siyahısı məlum olub.
Bu, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Naxçıvandakı birləşdiriləcək bələdiyyələr aşağıdakılardır:
– Naxçıvan şəhəri üzrə:
– Əliabad və Naxçıvan bələdiyyələrinin əhatə etdiyi Naxçıvan şəhərində və Əliabad qəsəbəsində Naxçıvan bələdiyyəsi;
– Qaraçuq, Qaraxanbəyli və Tumbul bələdiyyələrinin əhatə etdiyi Bulqan, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndlərində Qaraçuq bələdiyyəsi.
– Babək rayonu üzrə:
– Araz, Çeşməbasar, Güznüt və Nehrəm bələdiyyələrinin əhatə etdiyi Nehrəm qəsəbəsində və Araz, Çeşməbasar, Güznüt kəndlərində Nehrəm bələdiyyəsi;
– Aşağı Buzqov, Cəhri, Gərməçataq, Payız və Yuxarı Buzqov bələdiyyələrinin əhatə etdiyi Cəhri qəsəbəsində və Aşağı Buzqov, Gərməçataq, Gülşənabad, Payız, Yuxarı Buzqov kəndlərində Cəhri bələdiyyəsi;
– Babək, Hacıvar, Şəkərabad və Yarımca bələdiyyələrinin əhatə etdiyi Babək şəhərində və Badaşqan, Hacıvar, Şəkərabad, Yarımca kəndlərində Babək bələdiyyəsi;
– Didivar, Nəzərabad, Şıxmahmud və Yuxarı Uzunoba bələdiyyələrinin əhatə etdiyi Aşağı Uzunoba, Didivar, Xəlilli, Nəzərabad, Şıxmahmud və Yuxarı Uzunoba kəndlərində Şıxmahmud bələdiyyəsi;
– Göynük, Qahab, Naxışnərgiz və Nəhəcir bələdiyyələrinin əhatə etdiyi Göynük, Qahab, Naxışnərgiz, Nəcəfəlidizə və Nəhəcir kəndlərində Qahab bələdiyyəsi;
– Kərimbəyli, Kültəpə, Sirab və Zeynəddin bələdiyyələrinin əhatə etdiyi Kərimbəyli, Kültəpə, Sirab və Zeynəddin kəndlərində Sirab bələdiyyəsi;
– Məmmədrza Dizə, Məzrə və Vayxır bələdiyyələrinin əhatə etdiyi Xalxal, Kalbaoruc Dizə, Qaraqala, Məmmədrza Dizə, Məzrə və Vayxır kəndlərində Vayxır bələdiyyəsi.
– Culfa rayonu üzrə:
– Bənəniyar və Əbrəqunus bələdiyyələrinin əhatə etdiyi Bənəniyar və Əbrəqunus kəndlərində Bənəniyar bələdiyyəsi;
– Camaldın, Ərəzin və Kırna bələdiyyələrinin əhatə etdiyi Camaldın, Ərəzin, Kırna və Qızılca kəndlərində Ərəzin bələdiyyəsi;
– Culfa və Gülüstan bələdiyyələrinin əhatə etdiyi Culfa şəhərində və Gülüstan kəndində Culfa bələdiyyəsi;
– Dizə, Şurud və Yaycı bələdiyyələrinin əhatə etdiyi Dizə, Gal, Şurud və Yaycı kəndlərində Yaycı bələdiyyəsi;
– Əlincə, Göydərə və Saltaq bələdiyyələrinin əhatə etdiyi Əlincə, Göydərə, Xoşkeşin və Saltaq kəndlərində Saltaq bələdiyyəsi;
– Ərəfsə, Xanəgah, Qazançı, Ləkətağ, Milax və Teyvaz bələdiyyələrinin əhatə etdiyi Boyəhməd, Ərəfsə, Xanəgah, Qazançı, Ləkətağ, Milax və Teyvaz kəndlərində Milax bələdiyyəsi.
– Kəngərli rayonu üzrə:
– Böyükdüz, Xok və Yeni Kərki bələdiyyələrinin əhatə etdiyi Böyükdüz, Xok və Yeni Kərki kəndlərində Xok bələdiyyəsi;
– Çalxanqala, Xıncab və Qarabağlar bələdiyyələrinin əhatə etdiyi Çalxanqala, Xıncab, Qarabağlar və Təzəkənd kəndlərində Qarabağlar bələdiyyəsi;
– Qabıllı, Qıvraq, Şahtaxtı və Yurdçu bələdiyyələrinin əhatə etdiyi Qıvraq qəsəbəsində və Qabıllı, Şahtaxtı, Yurdçu kəndlərində Qıvraq bələdiyyəsi.
– Ordubad rayonu üzrə:
– Aşağı Əndəmic, Gənzə, Nüsnüs və Yuxarı Əndəmic bələdiyyələrinin əhatə etdiyi Anabad, Aşağı Əndəmic, Gənzə, Nüsnüs və Yuxarı Əndəmic kəndlərində Nüsnüs bələdiyyəsi;
– Aşağı Əylis, Dəstə və Yuxarı Əylis bələdiyyələrinin əhatə etdiyi Aşağı Əylis, Dəstə və Yuxarı Əylis kəndlərində Dəstə bələdiyyəsi;
– Aza, Azadkənd, Gilançay və Sabirkənd bələdiyyələrinin əhatə etdiyi Aza, Azadkənd, Baş Dizə, Darkənd, Gilançay və Sabirkənd kəndlərində Sabirkənd bələdiyyəsi;
– Biləv, Bist, Xurs, Nəsirvaz, Parağa, Parağaçay qəsəbə və Tivi bələdiyyələrinin əhatə etdiyi Ağdərə, Parağaçay qəsəbələrində və Behrud, Biləv, Bist, Ələhi, Xurs, Nəsirvaz, Nürgüt, Parağa, Tivi kəndlərində Biləv bələdiyyəsi;
– Çənnəb, Düylün, Qoşadizə və Üstüpü bələdiyyələrinin əhatə etdiyi Çənnəb, Düylün, Kələntər Dizə, Qoşadizə, Məzrə və Üstüpü kəndlərində Düylün bələdiyyəsi;
– Dırnıs, Kələki, Unus və Vələver bələdiyyələrinin əhatə etdiyi Anaqut, Başkənd, Dırnıs, Kələki, Qoruqlar, Pəzməri, Unus və Vələver kəndlərində Dırnıs bələdiyyəsi;
– Xanağa və Vənənd bələdiyyələrinin əhatə etdiyi Ağrı, Dizə, Xanağa və Vənənd kəndlərində Vənənd bələdiyyəsi;
– Ordubad və Şəhriyar bələdiyyələrinin əhatə etdiyi Ordubad şəhərində, Şəhriyar qəsəbəsində və Kilit, Kotam kəndlərində Ordubad bələdiyyəsi.
– Sədərək rayonu üzrə:
– Heydərabad, Qaraağac və Sədərək bələdiyyələrinin əhatə etdiyi Heydərabad qəsəbəsində və Qaraağac, Sədərək kəndlərində Sədərək bələdiyyəsi.
– Şahbuz rayonu üzrə:
– Ağbulaq, Aşağı Qışlaq, Biçənək, Gömür, Kolanı və Yuxarı Qışlaq bələdiyyələrinin əhatə etdiyi Ağbulaq, Aşağı Qışlaq, Biçənək, Gömür, Kolanı və Yuxarı Qışlaq kəndlərində Kolanı bələdiyyəsi;
– Ayrınc, Güney Qışlaq, Kükü, Qızıl Qışlaq, Mahmudoba və Nursu bələdiyyələrinin əhatə etdiyi Ayrınc, Güney Qışlaq, Kükü, Qızıl Qışlaq, Mahmudoba və Nursu kəndlərində Ayrınc bələdiyyəsi;
– Badamlı, Badamlı qəsəbə, Daylaqlı, Sələsüz, Şada, Şahbuz və Türkeş bələdiyyələrinin əhatə etdiyi Şahbuz şəhərində, Badamlı qəsəbəsində və Badamlı, Daylaqlı, Kiçikoba, Mərəlik, Sələsüz, Şada, Türkeş kəndlərində Şahbuz bələdiyyəsi;
– Keçili, Külüs və Şahbuzkənd bələdiyyələrinin əhatə etdiyi Keçili, Külüs və Şahbuzkənd kəndlərində Külüs bələdiyyəsi.
– Şərur rayonu üzrə:
– Axaməd, Kərimbəyli, Kürçülü, Kürkənd və Maxta bələdiyyələrinin əhatə etdiyi Axaməd, Kərimbəyli, Kürçülü, Kürkənd, Qaraburc və Maxta kəndlərində Kürçülü bələdiyyəsi;
– Axura, Aşağı Yaycı, Dizə, Gümüşlü, Havuş, Həmzəli, Oğlanqala və Yuxarı Yaycı bələdiyyələrinin əhatə etdiyi Axura, Aşağı Yaycı, Dizə, Gümüşlü, Havuş, Həmzəli, Oğlanqala, Şahbulaq və Yuxarı Yaycı kəndlərində Dizə bələdiyyəsi;
– Alışar, Xələc, Qorçulu və Muğanlı bələdiyyələrinin əhatə etdiyi Alışar, Xələc, Qorçulu və Muğanlı kəndlərində Alışar bələdiyyəsi;
– Arbatan, Çəmənli, Çərçiboğan, Çomaxtur və Dərvişlər bələdiyyələrinin əhatə etdiyi Arbatan, Arpaçay, Babəki, Çəmənli, Çərçiboğan, Çomaxtur və Dərvişlər kəndlərində Çərçiboğan bələdiyyəsi;
– Aşağı Aralıq, Kosacan, Siyaqut və Yuxarı Aralıq bələdiyyələrinin əhatə etdiyi Aşağı Aralıq, Kosacan, Siyaqut və Yuxarı Aralıq kəndlərində Siyaqut bələdiyyəsi;
– Aşağı Daşarx, Dərəkənd, Yeni Havuş və Yuxarı Daşarx bələdiyyələrinin əhatə etdiyi Aşağı Daşarx, Dərəkənd, Xətai, Oğuzkənd, Yeni Havuş və Yuxarı Daşarx kəndlərində Daşarx bələdiyyəsi;
– Cəlilkənd, Düdəngə, Mahmudkənd və Zeyvə bələdiyyələrinin əhatə etdiyi Bəhruz Kəngərli, Cəlilkənd, Düdəngə, Günnüt, Mahmudkənd və Zeyvə kəndlərində Düdəngə bələdiyyəsi;
– Danyeri, Püsyan və Tənənəm bələdiyyələrinin əhatə etdiyi Danyeri, Püsyan, Tənənəm və Təzəkənd kəndlərində Püsyan bələdiyyəsi;
– Ələkli, Xanlıqlar və Vərməziyar bələdiyyələrinin əhatə etdiyi Ələkli, Xanlıqlar, Stansiya Daşarx və Vərməziyar kəndlərində Xanlıqlar bələdiyyəsi;
– Ərəbyengicə, İbadulla, Qarahəsənli, Qışlaqabbas və Tumaslı bələdiyyələrinin əhatə etdiyi Diyadin, Ərəbyengicə, İbadulla, Qarahəsənli, Qışlaqabbas, Tumaslı və Vayxır kəndlərində Qışlaqabbas bələdiyyəsi;
– Qarxun, Məmmədsabir, Muğancıq Mehrab və Sərxanlı bələdiyyələrinin əhatə etdiyi Qarxun, Məmmədsabir, Muğancıq Mehrab, Muğancıq Müslüm və Sərxanlı kəndlərində Qarxun bələdiyyəsi;
– Şəhriyar, Şərur və Yengicə bələdiyyələrinin əhatə etdiyi Şərur şəhərində və Şəhriyar, Yengicə kəndlərində Şərur bələdiyyəsi.