21 C
Baku
Thursday, October 17, 2024

Azərbaycanda şirkət lisenziyadan kənar fəaliyyətə görə 6 min manat üzərində cərimələndi

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən barəsində inzibati xəta protokolu tərtib edilən “Tour Med” MMC-nin işinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılıb.

Banker.az xəbər verir ki, “Tour Med” barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair izibati yənbeh tətbiq edilib.

İşə Samirə Məmmədlinin hakimliyi ilə baxılıb.

İXM-nin 215.1-ci maddəsinə əsasən , tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə hüquqi şəxslər 6 min manatdan 8 min manatadək məbləğdə cərimə edilir.

Bununla belə, qərardan narazı qalan tərəflər Bakı Apellyasiya Məhkəməsinə müraciət imkanı var.

Xatırladaq ki, “Tour Med” MMC 2016-cı ildə təsis edilib. Onun 5 manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər