11 C
Baku
Wednesday, November 13, 2024

E. Rüstəmov Mərkəzi Bankı məhkəməyə verən banklardan danışdı

Mərkəzi Bankın sədri Elman Rüstəmov valyuta hərracından danışıb.O, jurnalistlərə açıqlamasında bildirib ki, hazırda valyuta “üzən məzənnə” sistemindədir:

“Bütün proseslər belə aparılır. Bizim özqrafikimiz var. Bazara bu qrafiklə çıxırıq. Bankların hesabatı göstərir ki onlar ehtiyacı olan valyutanı alırlar. Gördüyünüz kimi başqa hər hansı proseslər getmir. Bu günlərdə də yenə kifayət qədər valyuta hərraca çıxarılır və bazarın tələbatını ödəyəcəyik. Bir daha deyirəm ki Mərkəzi Bank bazarda valyuta təchizatçısı deyil. Biz requlyatoruq, siyasi orqanıq. Vəzifəmiz manatın kəskin qiymətdəyişikliyinin qarşısını almaqdır”.

Daha sonra baş bankir lisenziyası ləğv olunan iki bankın AMB-ni məhkəməyə verməsinə də münasibət bildirib:

“Bununla bağlı məhkəmə gedir. Öz hüquqlarımızı və qəbul etdiyimiz qərarları müdafiə edəcəyik”.

Qeyd edək ki, yanvarın 27-də Mərkəzi Bank “Atrabank” və “Qafqaz İnkişaf Bankı”nın lisenziyasının ləğvi ilə bağlı qərar qəbul edib. Lakin məhkəmə “Atrabank”ın lisenziyasının bərpa edilməsi ilə bağlı müvafiq qərar qəbul edib.

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər