16 C
Baku
Friday, October 18, 2024

Qazaxıstanın “Kaspi.kz” şirkəti Türkiyənin “Hepsiburada” onlayn satış platformasını satın alıb

Qazaxıstanın onlayn alış-veriş platformu “Kaspi.kz” Türkiyənin iri onlayn satış saytı “Hepsiburada”nın sahibi “D-Market”in 65.41%-ni 1.13 milyard dollar qarşılığında almaq üçün razılaşıb.

Banker.az bunu Türkiyə qəzeti “Sözçü”yə istinadən xəbər verir.

Açıqlamada, “Hepsiburada”nın kapitalının 65.4%-nə uyğun gələn A və B sinif səhmlərinin alınması üçün Doğan ailəsi üzvləri ilə müqavilənin dünən imzalandığı bildirilib.

Açıqlamada verilən səhmlərin təhvil-təslim detalları üzrə, 17 oktyabr 2024-cü il tarixində “Kaspi.kz”, Hanzade Doğan və Vuslat Doğan Sabancı, Begüm Doğan Faralyalı, Arzuhan Doğan Yalçındağ, Işıl Doğan ilə “D-Market” Elektron Xidmətlər və Ticarət A.Ş.-nin 65,4%-ni təmsil edən A və B qrup səhmlərinin təhvil-təslimi üçün bir müqavilə imzalayıblar.

Alqı-satqının lazımi icazələrin alınmasından sonra 2025-ci ilin birinci yarısında tamamlanması gözlənilir.

Açıqlamaya görə, 1.13 milyard dolların 600 milyon dolları müqavilənin bağlanmasında, 526.9 milyon dolları isə müqavilədən sonra altı ay ərzində ödəniləcək.

ABŞ birjasında satılan “Hepsiburada”nın səhmləri dünən 2.2 dollardan bağlanıb. LSEG məlumatlarına görə, “Hepsiburada”nın bazar dəyəri 707 milyon dollar səviyyəsində idi.

“Qazaxıstan və Türkiyədəki KOB-lar və sahibkarların, ölkələrimiz arasındakı yeni imkanlardan faydalanacağına inanırıq”, – deyə Kaspi.kz-in baş icraçı direktoru Mixeil Lomtadze müqavilə ilə bağlı açıqlamasında qeyd edib.

Son xəbərlər
Digər xəbərlər