16 C
Baku
Friday, October 18, 2024

Özəl neft-qaz şirkətinin rəhbərliyinə təyinat

Elman Seyidov “GL Group”da Azərbaycandakı əməliyyatlar üzrə Baş vitse-prezident təyin olunub.

Banker.az bu barədə özəl neft-qaz şirkətinə istinadən xəbər verir.

Bildirilir ki, Seyidovun texniki və rəhbər vəzifələrdə 30 ildən artıq təcrübəsi var. “GL Group”a qoşulmazdan əvvəl cənab Seyidov 18 il “bp” şirkətində Azərbaycanda və Şimal dənizində müxtəlif texniki və rəhbər vəzifələrdə çalışıb. Bunlara Şahdəniz yatağında, eləcə də Azəri-Çıraq-Günəşli yatağında Əməliyyatlar üzrə menecer, Regional hasilat meneceri və həmçinin Xəzər dəniz sualtı regional meneceri vəzifələri daxildir.

Neft sənayesinin inkişafındakı mühüm xidmətlərinə görə Seyidov 2024-cü il sentyabrın 20-də Prezident İlham Əliyev tərəfindən nüfuzlu “Tərəqqi” medalı ilə təltif edilib.

Seyidov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft və qaz yataqları avadanlıqlarının maşınqayırma mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi alıb.

 

Son xəbərlər
Digər xəbərlər