15 C
Baku
Saturday, October 19, 2024

“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına 55 milyard manat lazım olacaq

Azərbaycanda “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üçün təqribən 54,8 milyard manat vəsait tələb olunur.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir.

Sənədə əsasən, 2020-2024-cü illərdə dövlət büdcəsindən Strategiyanın icrasına 23,2 milyard manat, o cümlədən 2024-cü ildə 6,8 milyard manat ayrılıb, 2025-2026-cı illərdə isə 13,3 milyard manat ayrılması nəzərdə tutulur.

Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda Proqramın icrası üçün 2020-2026-cı illər üzrə büdcədən ayrılacaq vəsaitin məbləği 36,4 milyard manata çatacaq.

Son xəbərlər
Digər xəbərlər