18 C
Baku
Friday, November 22, 2024

Azad edilmiş ərazilərdə 10 layihə üzrə güzəştli kreditin həcmi açıqlanıb

Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 10 sahibkarlıq subyektinin layihələri 23,8 milyon manat güzəştli kreditlərlə dəstəklənib.

Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu sözləri Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin üzvü Emin Şirinov Şuşada mikro və kiçik sahibkarlarla keçirilən görüş zamanı bildirib.

O, təmsil etdiyi qurumun sahibkarlıq subyektlərinə göstərdiyi maliyyə dəstəyi barədə məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, cari ilin 9 ayı ərzində 4116 sahibkarlıq subyektinin investisiya layihəsinə 167,6 milyon manat güzəştli kredit ayrılıb.

“Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 10 sahibkarlıq subyektinin layihələri 23,8 milyon manat güzəştli kreditlərlə dəstəklənib. Bununla yanaşı, zəmanət subsidiya mexanizmi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə kredit tələbi 17,7 milyon manat olan 8 layihəyə 14 milyon manat məbləğində dövlət zəmanəti verilib”, – deyə E.Şirinov bildirib.

Eyni zamanda, görüş zamanı sahibkarlıq subyektlərinin qeydiyyat məsələsinə toxunulub, rezident statusunun əldə edilməsinin önəmi vurğulanıb və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər
Digər xəbərlər