15 C
Baku
Sunday, November 24, 2024

İsrail Netanyahunun iqamətgahına hücuma cavab verəcəyini vəd edib

İsrail Baş nazir Binyamin Netanyahunun Qeysəriyyədəki iqamətgahına edilən hücuma cavab verəcək.

Bu barədə “The Jerusalem Post”a diplomatik mənbə bildirib.

“Sui-qəsd cəhdinə cavab veriləcək”, – mənbə söz verib. Onun sözlərinə görə, İran Netanyahuya qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıyır, çünki İsrailə qarşı çıxan Livanın “Hizbullah” qruplaşmasını dəstəkləməkdə davam edir.

Xatırladaq ki, oktyabrın 19-da “Hizbullah” İsrailin Baş naziri Binyamin Netanyahunun Qeysəriyyədəki şəxsi iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində xəsarət alan olmayıb. Baş nazir və həyat yoldaşı Sara hücum vaxtı iqamətgahda olmayıb.

Son xəbərlər
Digər xəbərlər