11 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanın xaricə siqaret satışı 3 dəfə artıb – $23.5 milyonluq ixrac!

Azərbaycan bu ilin ilk səkkiz ayında xaricə 23.54 milyon ABŞ dolları dəyərində siqaret satıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, hesabat dövründə 1.517 mlrd. ədəd tərkibində tütün olan siqaretlər ixrac edilib və bu da 2023-cü ilin eyni dövrünü 3 dəfə üstələyib.

Azərbaycanın istehsal etdiyi siqaretin 83 faizini Gürcüstan alıb. Qonşu ölkə 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 1.257 mlrd. ədəd siqaret alıb ki, bu da ümumilikdə $21.3 mln. dolları əhatə edir. Bunu Dövlət Statistika Komitəsinin rəqəmləri deməyə əsas verir.

Qeyd edək ki, cari ilin ilk üç rübündə Azərbaycandakı müəssisələr 11.981 mlrd. ədəd siqaret istehsal ediblər. Bu, istehsalın illik müqayisədə 5.6 faiz artımıdır.

Azərbaycanın xaricə ixrac tərkibində tütün olan siqaretlər, 2024, yanvar-avqust
Cəmi  1,517.54  23,546.09
  Gürcüstan  1,257.11  21,300.94
  Qırğızıstan       83.54       823.66
  Oman       54.51       348.86
  İraq       43.65       346.08
  Rusiya       36.70       341.35
  Çin       16.50       153.75
  Ölkə təyin olunmayıb        7.56       102.61
  Birləşmiş Ərəb Əmirlikləri       10.00        85.00
  Qazaxıstan        7.97        43.84

 

Son xəbərlər
Digər xəbərlər