“International Data Corporation”ın (IDC) ilkin məlumatlarına əsasən, üçüncü rübdə qlobal smartfon tədarükü 4% artaraq 316.1 milyon ədəd təşkil edib. Göstərici ardıcıl beşinci rübdür ki, artır. “Vivo”, “OPPO”, “Xiaomi”, “Lenovo” və “Huawei” kimi Çin istehsalçılarının güclü satış artımı ilə smartfon bazarı qlobal iqtisadi çətinliklərə baxmayaraq dayanıqlılıq nümayiş etdirir.
Banker.az xarici mediaya istinadən xəbər verir ki, iyul-sentyabr aylarında tədarüklərin 2.8% azalmasına baxmayaraq, “Samsung” qlobal bazarda lider mövqeyini saxlamaqda davam edir.