13 C
Baku
Friday, November 22, 2024

“akart”a əlavə 7 milyon manat maya qoyulub

“Azercell Telekom” MMC-nin bazarda “akart” fintexi ilə çıxış edən və elektron pul təşkilatı olan “A-Solutions Elektron Pul Təşkilatı” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, “A-Solutions Elektron Pul Təşkilatı” MMC-nin nizamnamə kapitalı 1 500 000 manatdan 8 500 000 manatadək artırılıb.

Xatırladaq ki, şirkət 2023-cü ilin noyabrında təsis edilib və “Azercell Telekom”un strukturundadır. Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2024-cü ilin 16 may tarixli qərarı ilə bazarda iştirakına lisenziya təqdim edilib. MMC-nin direktoru isə  Həsən Həsənov Oqtay oğludur.

Son xəbərlər
Digər xəbərlər