Çin Xalq Respublikasının sədri Si Cinpin BRICS sammitində iştirak etmək üçün Kazana gəlib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.
Oktyabrın 22-də Kazanda 16-cı BRICS sammiti başlayacaq. Sammitdə ölkədən 36, beynəlxalq təşkilatlardan isə 6 nümayəndə heyətinin iştirakı gözlənilir. Bunlardan 22 nümayəndə heyəti ən yüksək səviyyədə təmsil olunacaq.
Bundan əvvəl Kazana Efiopiyanın Baş naziri Abiy Əhməd və Hindistanın Baş naziri Narendra Modi də gəlib. Onları hava limanında Tatarıstanın rəhbəri Rüstəm Minnixanov qarşılayıb. Efiopiya 2024-cü il yanvarın 1-də rəsmi olaraq BRICS-ə qoşulub.