9 C
Baku
Friday, November 1, 2024

FHN və Baş Prokurorluq birgə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Banker.az xəbər verir ki, məlumatda deyilir:

“Paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində yağış suları ilə dolu tuneldə 1 nəfərin cəsədi aşkar edilib.

Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə (“Sabunçu keçidi” adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.

Eyni zamanda, media nümayəndələrindən və sosial media istifadəçilərindən dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik”.

Son xəbərlər
Digər xəbərlər