SOCAR Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında karbon neytral zona kimi inkişaf etdirilməsi üçün həyata keçirəcəyi tədbirləri açıqlayıb.
Bu tədbirlərə emissiyaların azaldılması – enerji səməriliyinin artırılması, “CCU/CCUS” və s. kimi imkanların tətbiqi, elektrikli nəqliyyat vasitələri üçün regional infrastrukturun qurulması, qazın bərpaolunan enerji, H2, və digər yaşıl enerji həlləri ilə əvəz edilməsi daxildir.
Həmçinin şirkət yaşıl yanacaq istehsalını artırmaq üçün ənənəvi karbohidrogen yanacağını bioqaz və biodizellə əvəz edilməsi istiqamətində də tədbirlər həyata keçirəcək.