13 C
Baku
Saturday, November 23, 2024

“Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub

“Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən “Bakı Hərrac Mərkəzi” MMC-yə yeni direktor təyin olunub.

Bu, Kamil Oqtay oğlu Nəcəfovdur.

K.Nəcəfov 2004-2008-ci illərdə Milli Aviasiya Akademiyasının beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr və magistr dərəcələri əldə edib, 2008-2009-cu illərdə ABŞ-nin “University of Southern Maine” universitetində ixtisasartırma proqramını tamamlayıb.

O, 2012-2023-cü illərdə “Caspian Cargo” şirkətində gömrük üzrə nümayəndə, 2023-cü ildən isə “Prologistic” şirkətinin direktoru vəzifələrində çalışıb.

Qeyd edək ki, “Bakı Hərrac Mərkəzi” 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Mərkəz fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif dövlət qurumları, o cümlədən Vergilər Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Əmanətlərin Sığortalanması Fondu, “AzerGold” QSC və müxtəlif bankların sifarişlərini icra edib, eyni zamanda, Ədliyyə Nazirliyinin yerli icra qurumlarının məhkəmə qərarlarının icrası ilə bağlı hərracların təşkili və keçirilməsini təmin edib, müxtəlif növ əmlakların satışını təşkil etmək məqsədilə fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında hərraclar təşkil edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər