16 C
Baku
Friday, November 22, 2024

Bayden Rusiyanın aktivlərindən Ukraynaya $20 mlrd. kredit ayırır

ABŞ Ukraynaya 20 milyard dollarlıq kredit ayıracaq, hansı ki Rusiyanın dondurulmuş suveren aktivlərindən əldə edilən faizlərdən istifadə etməklə ödəniləcək. Bu barədə Ağ Evin saytında ABŞ prezidenti Co Baydenin bəyanatında deyilir.

Bundan əlavə, ABŞ-nin maliyyə naziri Canet Yellen və onun ukraynalı həmkarı Sergey Marçenko ABŞ-nin Rusiya Federasiyasının bloklanmış aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə kredit vermək niyyəti haqqında saziş imzalayıblar.

Oktyabrın 22-də “Bloomberg” yazıb ki, G7 ölkələri bu həftə Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən mənfəətdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq kreditin verilməsi ilə bağlı sövdələşməni başa çatdırmağı planlaşdırırlar.

G7 Rusiya Mərkəzi Bankının təxminən 280 milyard dollar məbləğində aktivlərini dondurub. “Nikkei Asia” qəzeti mənbələrə istinadən yazıb ki, G7 ölkələri Ukraynadakı münaqişə bitdikdən sonra da Rusiyanın aktivlərini dondurulmuş vəziyyətdə qoymağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər