13 C
Baku
Friday, November 15, 2024

Azərbaycanda xarici investisiyalı hüquqi şəxslərin qeydiyyatında rəqəmsal yeniliklər tətbiq edilib

Azərbaycanda xarici investisiyalı hüquqi şəxslərin təsisçilərinin xarici fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, elektron qaydada dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar yaradılıb.

Bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İşçi qrupun iclasında bildirib.

Onun sözlərinə görə, xarici hüquqi şəxslərin qeydiyyat prosesi tamamilə yerli hüquqi şəxslərin qeydiyyat proseduruna uyğunlaşdırılıb və bu sahədə mövcud fərqlər aradan qaldırılıb.

“Sahibkarlıq mühitinin inkişafı istiqamətində bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib. Bu islahatlar həm sahibkarlıq fəaliyyətinə başlamaq, həm də biznesin sonrakı mərhələlərdə effektiv idarə olunması üçün mühüm addımlar atılmasına şərait yaradıb. Dünya Bankının “Business Ready” hesabatı əsasında, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, mülki və əmək qanunvericiliyində bir sıra dəyişikliklər edilib”, – deyə S. Musayeva vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər