9 C
Baku
Sunday, November 17, 2024

AYNA: Beynəlxalq yükdaşımalar 16 mindən çox insanın məşğulluğunu təmir edir

Azərbaycanda beynəlxalq yükdaşımalar sektoru 16 mindən çox insanın məşğulluğunu təmir edir.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yükdaşımalar departamentinin rəhbəri Sübhan Əbilov bildirib.

O əlavə edib ki, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həcminin artması ilə sürücülərə olan tələbat artır və yük avtomobili sürücüləri üçün birbaşa iş yerləri yaranır: “Hazırda beynəlxalq yük daşımalarında 13 min 600-dən çox yük nəqliyyat vasitəsi istismar olunur. Ehtiyat sürücüləri və bu sahə ilə əlaqəli çalışanları da nəzərə aldıqda, bu 16 mindən çox şəxsin məşğulluğunun təmin edilməsi deməkdir. Statistikaya nəzər salsaq görərik ki, orta və iri bir sənaye müəssisəsində çalışan işçi sayı təxminən 200 nəfər təşkil edir. Beynəlxalq yük daşımaları sektoru 16 mindən çox şəxsə məşğulluq imkanı yaratdığı üçün, 80 dən çox orta və iri sənaye müəsisəssinə ekvivalent götürülə bilər”.

AYNA rəsmisi qeyd edib ki, daşımaların sayı artdıqca nəqliyyat və logistika xidmətləri göstərən şirkətlər işçi qüvvəsini artıraraq, daha çox menecer və digər sahəvi bacarıqları olan mütəxəssisləri işə cəlb edir: “Serviz mərkəzləri, yanacaq doldurma stansiyaları və avtomobil ehtiyat hissələri satan mağazalar kimi əlaqəli sahələr də beynəlxalq yük daşımaları sektorunun böyüməsindən faydalanır. Beləliklə, məşğulluq və iş yerlərinin sayına avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları həm birbaşa, həm də dolayı olaraq böyük təsir göstərir. Bu sahənin böyüməsi həm nəqliyyat sektorunda, həm də əlaqəli sahələrdə müxtəlif iş imkanları yaradır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər