Norveç hakimiyyəti sosial şəbəkələrin istifadəçiləri üçün ciddi yaş məhdudiyyəti tətbiq etmək niyyətindədir. Belə ki, 15 yaşınadək uşaqlar onlardan istifadə edə bilməyəcəklər. Bu barədə ölkənin Baş naziri Conas Qahr Störə istinadən “The Guardian” yazıb.
Baş nazirin sözlərinə görə, bu tədbir uşaqları zərərli məzmundan qorumaq üçün lazımdır. Conas Qahr Störenin qeyd etdiyi kimi, bu, “çətin döyüş” olacaq, lakin siyasətçilər uşaqların təhlükəsizliyini qorumaq üçün müdaxilə etməlidirlər. Leyboristlər Partiyasının lideri bildirib ki, hazırda sosial mediadan sui-istifadə edilir və bu, gənc istifadəçiləri “birtərəfli və itaətkar” edə bilər.
Qeyd edək ki, Norveçdə sosial şəbəkələrin istifadəsi ilə bağlı yaş senzi artıq mövcuddur və 13 yaşdır. Lakin “The Guardian”ın qeyd etdiyi kimi, buna baxmayaraq, ölkədə doqquz yaşlı uşaqların yarıdan çoxu, 10 yaşlıların 58%-i və 11 yaşlıların 72%-i sosial şəbəkələrdən istifadə edir.
“The Guardian” yazır ki, Norveç hökuməti uşaqların yaş məhdudiyyətlərindən yayınmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirəcəyini vəd edib.