2021-2023-cü illərdə Azərbaycan şirkətlərinin 3-cü ölkələrdən beynəlxalq yük daşımalarının sayı 3 dəfə artıb.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yükdaşımalar departamentinin rəhbəri Sübhan Əbilov bildirib.
“Əgər 2021-ci ildə Azərbaycan şirkətləri 3-cü ölkələrdən 13 min 979 daşıma həyata keçirmişdisə, 2023-cü ildə isə bu göstərici 42 min 627 olub”, – deyə o qeyd edib.
“3-cü ölkələrdən beynəlxalq yük daşımaları, həm xidmətlərin ixracı, həm də ölkəyə valyuta gətirilməsi baxımından son dərəcə mühüm daşıma növüdür: Söhbət başlanğıc və son təyinat məntəqəsi Azərbaycan olmayan, ancaq milli daşıyıcının yerinə yetirilən daşımalardan gedir. Bu istiqamətdə müsbət nəticələr əldə edilib”, – deyə AYNA rəsmisi əlavə edib.