“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakıda şəhərətrafı sərnişin daşımalarının həcmi 2024-cü ilin ilk üç rübü üzrə 5 milyon 679.5 min nəfərə yüksəlib.
Banker.az bunu ADY-nin rüblükç göstəricilərinə istinadən xəbər verir.
Bu da illik müqayisədə 993.1 min və ya 21 faiz artımdır.
Ən sıx sərnişin daşınması həyata keçirlən üçüncü rübdə bu rəqəm 2 mln. 12.9 min olmaqla illik müqayisədə 420.4 min və ya 26 faiz artıb.
Bakıətrafı ərazilərə sərnişindaşınma |
|||
Tarix | 2023-cü il | 2024-cü il | İllik +/- |
I rüb | 1,459,976 | 1,791,268 | 23% |
II rüb | 1,633,841 | 1,875,248 | 15% |
III rüb | 1,592,556 | 2,012,936 | 26% |
Cəmi | 4,686,373 | 5,679,452 | 21% |