13 C
Baku
Friday, November 22, 2024

DOST Agentliyi zərərdən mənfəətə keçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2023-cü ili 80 min manat mənfəətlə başa vurub. DOST Agentliyi 2022-ci ildə isə 329 min manat zərər etmişdir.

Banker.az bu barədə Agentliyin hesabatına istinadən xəbər verir.

2023-cü ildə DOST Agentliyinin hökumətdən alınmış subsidiyalar hesabına gəlirləri 332 milyon manat, digər gəlirləri 80 min manat olub.

Hesabat dövründə Agentliyin aktivləri 129 milyon manat, cəmi kapitalı 10 milyon manat, cəmi öhdəlikləri isə 119 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər