“Xalq Həyat” ASC-nin Direktorlar Şurasının iki üzvü vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, Ramiz İbrahimov Haqverdi oğlu Direktorlar Şurasının üzvü, Sevinc Vəliyeva Hüseyn qızı isə müstəqil üzv kimi vəzifəsindən ayrılıblar.
Hazırda Direktorlar Şurasında yalnız bir şəxs qalıb, o da Xəzər Bağırlı Arif oğlu sədr kimi təmsil olunur.
Xatırladaq ki, “Xalq Həyat Sığorta” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% “Xalq Sığorta” ASC-yə məxsusdur.