Rusiya Dövlət İstiqraz İndeksi (RGBI) 17 dekabr 2014-cü ildən bəri ilk dəfə 98.21 bənddən aşağı düşüb. Moskva birjasının ticarət məlumatlarına əsasən, Moskva vaxtı ilə saat 12:18-də federal kredit istiqrazlarının dəyəri 0.97% azalaraq 97.49 bənd təşkil edib.
Dövlət istiqrazları indeksi ticarətin başlanmasından dərhal sonra təxminən on ilin ən aşağı səviyyəsinə çatıb. Saat 10:01-də RGBI indeksi 0.27% azalaraq 98.17 bənd təşkil edib. Moskva vaxtı ilə saat 10:38-də dövlət istiqrazları indeksi enişini sürətləndirərək 97.71 bənd (-0.74%) səviyyəsinə enib.
Eyni zamanda, Moskva birjasının indeksi 2633.45 bənd (-1.01%) səviyyəsində olub. RTS indeksi 866.98 bənd (-1.01%) təşkil edib.
Dövlət istiqrazları indeksi Rusiya Maliyyə Nazirliyi tərəfindən buraxılan federal kredit istiqrazlarının qiymət dinamikasını əks etdirir. 28 oktyabr 2024-cü il tarixinə indeksə 25 dövlət istiqrazı daxildir.