12 C
Baku
Monday, October 28, 2024

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə 10 min manatadək cərimə protokolu yazıldı

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki, şirkət barəsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar – 264.0.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.

31.10.2024-cü il saat 10:30-a baxış iclası təyin edilib.

Maddəyə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər