“Apple” M4 prosessorlu yeni iMac təqdim edib və bildirib ki, bu model əvvəlki nəsildən 1.7 dəfə daha sürətlidir. Monoblok geniş bucaqlı obyektivli yeni 12 meqapiksellik kamera ilə təchiz edilib. O, insanın üzünü və qarşısındakı məkanı eyni vaxtda göstərməyə imkan verən “Masa görünüşü” funksiyasını dəstəkləyir.
iMac ilə yanaşı, “Apple” özündə süni intellekt xüsusiyyətlərin birləşdirən macOS Sequoia 15.1 əməliyyat sistemini buraxıb. Onların arasında yenilənmiş Siri və ingilis mətni ilə işləmək üçün yazı alətləri var. Bundan əlavə, istifadəçilər hesab yaratmadan ChatGPT-dən pulsuz istifadə edə bilərlər.
Monoblok yeddi rəngdə mövcuddur: yaşıl, sarı, narıncı, çəhrayı, bənövşəyi, mavi və gümüşü. Komplektə həmçinin USB-C-ni dəstəkləyən cihazın rəngində klaviatura və siçan daxildir.
Sadə versiyada monoblok 8 nüvəli CPU və GPU ilə 16 GB operativ yaddaş alıb və qiyməti 1299 dollar təşkil edir; 16 nüvəli CPU və GPU ilə olan versiyanın qiyməti 1499 dollardır. Rəsmi satışlar 8 noyabr 2024-cü il tarixində başlayır, öncədən sifariş mümkündür.