Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 480 ABŞ dollarından aşağı enib.
28 oktyabr tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə noyabr fyuçerslərinin qiyməti 477 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (487 dollar) ilə müqayisədə 2.1% azdır.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.