14 C
Baku
Saturday, November 23, 2024

Özünü doğrultmuş risk (silsilə)

Ceyms Dayson

61 yaş
Dyson tozsoranları istehsalçısı olan şirkətin təməlini qoymuş mühəndis.

Mən tamamilə yeni tozsoran istehsalına beş ya altı il sərf etdim. Sistemin işləməsi üçün 5000-dən artıq model yığmaq lazım gəlmişdi. Mənim borclarım ildən-ilə artırdı,  təxminən $4 mln. borcum yığılmışdı. Mən evi iki ya üç dəfə girov qoymuşdum. Heç nə alınmasa idi, mənim bütün əmlakım banka veriləcəkdi. Hamı mənim ağlımı itirdiyimi düşünürdü. Nəticədə mən bankla satışların başlandığından beş ay sonra hesablaşdım. Bundan sonra bank bu tarixçədən istifadə edərək özünün ssuda verməsini reklam edirdi.
Forbes Daysonun var-dövlətini $1 mlrd. dəyərində qiymətləndirir. 

Kay və Çarlz Huanq

36 və 38 yaş
Guitar Hero videooyunu yaradan Red Octane şirkətinin müştərək təsisçiləri
Kay: Şirkətin fəaliyyəti Guitar Hero-nun işə başlamasından asılı idi. Bu vaxta biz artıq altı il idi ki, işləyirdik. Biz şirkəti iki dəfə müflisləşmədən xilas etmişdik və üçüncü dəfə müflisləşməyə yaxın idik. Ən ağırı o idi ki, biz pul tapmasaq Guitar Hero-nu işə sala bilməyəcəyik. Biz nə edəcəyimizi bilmirdik. Nəticədə gecə saat on birdə ailə dostumuzdan $500 000 borc aldıq. Biz istehsala başlayanda, artıq bizim $2 mln. borcumuz var idi.
Çarlz: Bir-iki il sonra kimsə mənə dedi: ”İnana bilmirəm ki, siz bütün pullarınızı götürüb və onları plastik gitaraya qoymusunuz”.
Videooyunlar nəşr edən Activision bir qədər sonra RedOctane-ni $100 mln. almışdı.


Bill Bartman

59 yaş
Borcların geri alınması üzrə Commercial Financial Services agentliyinin keçmış baş direktoru
ABŞ-ın federal hökuməti mənə qarşı 57 maddədən ibarət cinayət ittihamı irəli sürmüşdü və bu, 600 il həbsxana cəzası təşkil etdiyi halda, mənim üçün ən böyük risk məhkəmədə öz müdafiəmə şahidləri cəlb etməmək qərarını qəbul etməyim idi.  Mən risk edirdim, lakin inanırdım ki, on iki vəkil məni günahkar saymayacaq. Bir neçə saat gərgin müzakirədən sonra onlar həmrəyliklə bütün maddələr üzrə mənə bəraət qazandırdılar. Mənim CFS-də fırıldaqçılıq etməməyimi qəbul edərək, iki ildən sonra hökumət  məndən üzr istədi.
Bill Bartmanın var-dövləti $100 mln. qiymətləndirilir.

Punit Nanda

40 yaş

Ağız boşluğuna qulluq  üçün nəzərdə tutulan malların istehsalçısı Dr. Fresh şirkətinin  baş direktoru

1992-ci ildə Nyu-Dehliyə diş fırçası, diş pastası və prezervativ kimi sadə şeyləri almaq üçün çox saylı topdan mal alanlar gəlirdi. Mən qərara gəldim ki, kimsə Rusiya bazarına girişməlidir. Risk etdim və getdim. Orada hami quldurlara “dam üçün” pul ödəyirdi. Normal hökumət yox idi, hər şeyə keçmiş komitəçilər nəzarət edirdi. Buna baxmayaraq, biznes yaxşı gedirdi və bu mənim xoşuma gəlirdi. Bir dəfə bizim ofisə kriminal avtoritet gələrək mənim inzibatçımın qolunu kəsdi. Sonra mənim evimə bir neçə adam gəldi və məni bərk döydülər. Qardaşım gəlib məni İsveçə xəstəxanaya apardı. Mən hər şeyi atıb Hindistana qayıtdım.

Hal hazırda Dr. Fresh-in baş ofisi Kaliforniyada yerləşir və məhsulu 42 dövlətə yayılır. Mən getdikdən sonra avqust ayında biz birinci dəfə Rusiyaya yenidən bir partiya mal göndərdik.

Son xəbərlər
Digər xəbərlər