12 C
Baku
Monday, November 25, 2024

Finlandiya Rusiyanın daşınmaz əmlaklarına həbs qoyub

Ukraynanın “Naftoqaz” şirkətinin iddiası əsasında Rusiyanın Finlandiyadakı beş daşınmaz əmlakına həbs qoyulub.

Bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb.

Bildirilib ki, ötən gün Rusiyaya məxsus daha beş daşınmaz əmlak obyekti aşkarlanıb, onlardan üçü Aland adalarında yerləşir.

Helsinkinin mərkəzində yaşayış binası və Lauttasaari ərazisindəki ofis binası, Aland adalarında üç obyekt, eləcə də dəniz kənarındakı torpaq sahəsinə həbs qoyulub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər