“Bitcoin”in qiyməti iyunun 7-dən bəri ilk dəfə 71 min dolları keçib

“Bitcoin” üç ayın ən yüksək səviyyəsinə çatıb – kriptovalyutanın dəyəri 71 min dolları keçib. “Coinmarketcap” məlumatlarına görə, 5:25-də kriptovalyutanın qiyməti 71.45 min dollar olub.

Səhər saat 9:48-ə olan məlumata görə, “Bitcoin” 71.24 min dollar səviyyəsində ticarət olunub (əvvəlki ticarət günü ilə müqayisədə +5%).

“Bitcoin” oktyabrın ortalarında FED-in uçot dərəcəsini endirməsi, ABŞ fond bazarında artım və ABŞ prezidentliyinə namizədlərin bəyanatları fonunda bahalaşmağa başlayıb. “Bitcoin”in tarixi maksimum dəyəri 73.78 min dollardır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər