Son üç ildə Çində dollar milyarderlərinin sayı üçdə bir qədər azalıb, bu barədə “Financial Times” (FT) məlumat yayıb. Əgər 2021-ci ildə Çində 1185 dollar milyarder var idisə, üç ildən sonra onların sayı cəmi 753 nəfər olub. Son bir ildə dollar milyarderlərinin sayı 16% azalıb.
“ByteDance” şirkətinin rəhbəri (“TikTok”un sahibi) Zhang Yiming 49 milyard dollar sərvətlə Çinin ən zəngin adamı olub. İkinci yerdə “qablaşdırılmış su kralı” Zhong Shanshan, üçüncü yerdə “Tencent”in yaradıcısı Poni Ma, dördüncü yerdə isə “Pinduoduo” və “Temu”nun yaradıcısı Kolin Huanq qərarlaşıb. 2020-ci ildə siyahıya başçılıq edən “Alibaba”nın rəhbəri Cek Ma 2024-cü ildə siyahıda 10-cu yerdədir.
Analitiklərin fikrincə, ultra varlı insanların sayının azalması, Çinin bir vaxtlar çiçəklənən daşınmaz əmlak bazarının çökməsi ilə əlaqədardır. Ən pis vəziyyət tikinti sənayesində, kömür hasilatı və avadanlıq istehsalındadır.