11 C
Baku
Saturday, November 16, 2024

“BP”nin xalis mənfəəti 24 dəfə azalıb

Böyük Britaniyanın “BP Plc” neft-qaz şirkətinin üçüncü rübdə xalis mənfəəti təxminən 24 dəfə, düzəliş edilmiş mənfəəti isə 31% azalıb.

Press-relizdə bildirildiyi kimi, 2024-cü ilin iyul-sentyabr aylarında xalis mənfəət bir il əvvəlki 4.86 ​​milyard dollarla müqayisədə 206 milyon dollar təşkil edib.

“BP” həm də rüblük 8 sent dividend elan edib və üçüncü rübdə olduğu kimi dördüncü rübdə də öz səhmlərinin 1.75 milyard dollarını geri almağı planlaşdırdığını açıqlayıb.

Keçən rübdə əməliyyat pul vəsaitlərinin hərəkəti 6.76 milyard dollar, kapital xərcləri isə 3.54 milyard dollar təşkil edib. Şirkət 2024-cü il üçün kapital xərclərini təqribən 16 milyard dollar səviyyəsində saxlayıb.

Sentyabrın sonunda “BP”nin xalis borcu 24.26 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlki 22.32 milyard dollarla müqayisədə çoxdur.

Son xəbərlər
Digər xəbərlər