12 C
Baku
Monday, November 18, 2024

“Xiaomi 15” və “15 Pro” flaqmanları təqdim edilib

Oktyabr ayında keçirilən təqdimatda Çin şirkəti yenilənmiş “HyperOS 2.0” əməliyyat sistemini, həmçinin iki yeni flaqman – “Xiaomi 15” və “15 Pro”nu nümayiş etdirib. Yeni modellər görünüşcə, demək olar ki, “Xiaomi 14” seriyasının dizaynını təkrarlayır.

“Xiaomi 15” və “15 Pro” geniş rəng diapazonunda təklif olunur: onları qara və ya boz çərçivədə olmaqla 40 rəngdə əldə etmək mümkün olacaq.

Xiaomi 15 1

Xiaomi 15 2

Qeyd edək ki, smartfonun xüsusi gümüşü rəngi diqqəti cəlb edir – dalğavari örtüyə görə, o, maye metalı xatırladır.

002p2zyzly1hv3idkvw5dj61401hc7wh02

xiaomi 1

Qeyd edək ki, “Xiaomi 15” və “15 Pro” versiyaları bir-birindən displey ölçüsünə görə fərqlənir. Belə ki, “Xiaomi 15” 1.5K təsvir ölçülü 6.36 düymlük AMOLED displey alıb. “Pro” versiyada displey ölçüsü 6.78 düym təşkil edir.

“Xiaomi 15″in xarakterik cəhətləri:

– Snapdragon 8 Elite prosessoru;

– 120 Hz texliyə malik 6.36 düymlük AMOLED displeyi;

– 12\256, 12\512, 16\512 GB və 16\1 TB yaddaş;

– 50 meqapiksellik üçlü kamera;

– 5400 mAh tutumlu batareya.

75757565

“Xiaomi 15 Pro”nun xarakterik cəhətləri:

– Snapdragon 8 Elite prosessoru;

– 120 Hz tezliyə malik 6.73 düymlük AMOLED displey;

– 12\256, 16\512 GB və 16\1TB yaddaş;

– 6100 mAh tutumlu batareya.

567756756

Qiymət əvvəlki flaqmanlarla müqayisədə artıb və baza versiya üçün 4500 yuandan (təxminən 630 dollar), “Pro”nun üçün isə 5300 yuandan (təxminən 740 dollar) başlayır. Çində satışların 31 oktyabrdan başlayacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər