12 C
Baku
Monday, November 18, 2024

Trampın sosial şəbəkəsi dəyər baxımından Maskın sosial şəbəkəsini geridə qoyub

“The Guardian” yazır ki, Donald Trampın “Truth Social” sosial şəbəkəsi İlon Maska məxsus “X” sosial şəbəkəsindən (keçmiş “Twitter”) daha dəyərlidir. Çərşənbə axşamı ABŞ-nin keçmiş prezidentinin sosial şəbəkəsini idarə edən “Trump Media & Technology Group”un (TMTG) səhmləri 8.8% artıb. Şirkətin bazar kapitallaşması hazırda 10.3 milyard dollar təşkil edir.

“X” sosial şəbəkəsi 2022-ci ilin oktyabrında İlon Mask tərəfindən satın alınıb. O vaxtdan “X”in dəyərinin qiymətləndirilməsi sosial şəbəkənin səhmdarlarından biri olan “Fidelity” investisiya holdinqinin hesablamalarına əsaslanır. O, oktyabrın əvvəlində “X”in cəmi 9.4 milyard dollar dəyərində olduğunu təxmin edir ki, bu, İlon Maskın iki il əvvəl “Twitter” üçün ödədiyi 44 milyard dollardan qat-qat azdır.

Eyni zamanda, “Similarweb”in məlumatına görə, iki sosial şəbəkənin auditoriyası hələ də müqayisə olunmazdır: sentyabrda “X”ə daxil olanların sayı 706 milyondur, “Truth Social” üçün isə bu rəqəm 13.5 milyon təşkil edir.

Son xəbərlər
Digər xəbərlər