“Tesla”nın əsas rəqibi olan “BYD” üçüncü rübdə gəlirini 24% artıraraq 28.2 milyard dollara çatdırıb. Qeyd edək ki, “Tesla”nın gəliri bu rübdə 25.2 milyard dollar təşkil edib.
Bu, tarixi bir mərhələdir, çünki indiyədək “Tesla” “BYD”dən üstün olub. İndi isə Çin şirkəti rüblük istehsal həcminə görə demək olar ki, Amerika şirkətinə bərabərdir (müvafiq olaraq 444 və 463 min avtomobil). Buna baxmayaraq, “Tesla”nın qazancı hələ də yüksək olaraq qalır – 1.6 milyard dollara qarşı 2.2 milyard dollar.
“Tesla” dünyanın ən dəyərli avtomobil istehsalçısı olaraq qalır (833 milyard dollar), “BYD” “Toyota”dan sonra üçüncü (120 milyard dollar) olub. O, reytinqdə “Volkswagen”i qabaqlayıb.